Təcili yardım maşını Xankəndidən Ermənistana maneəsiz getdi

Beynəlxalq Qızıl Xaç Komitəsi təcili tibbi yardım maşınını Laçın-Xankəndi yolunda müşayiət edib

  • Oxuma müddəti:

    0 dəqiqə

  • Beynəlxalq Qızıl Xaç Komitəsinə (BQXK) məxsus avtomobillərin müşayiəti ilə ermənilərə məxsus təcili tibbi yardım maşınının Laçın-Xankəndi yolundan hərəkət etməsi üçün şərait yaradılıb. Bu gün BQXK 1 nəfər xəstənin həkim və tibb bacısının müşayiəti ilə Xankəndidən Ermənistana aparılması üçün Azərbaycana tərəfinə müraciət edib. Müraciətə dərhal cavab verilib və keçid uğurla təşkil olunub.