XƏBƏRLƏR / Münaqişə

Abxaziya "prezidenti" etirazlara görə paytaxtdan qaçıb

Məlumatı TASS yayıb

Abxaziya "prezidenti" etirazlara görə paytaxtdan qaçıb
Aslan Bjaniya
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Abxaziya "prezidenti" Aslan Bjaniya respublikanın paytaxtını tərk edib. 

    Məlumatı TASS-a "respublika başçısının mətbuat xidməti" təsdiqləyib.

    "Hazırda Aslan Bjaniya doğulduğu Tamış kəndindədir", - mətbuat xidmətindən bildirilib.

    Xatırladaq ki, dünən Abxaziyanın paytaxtı Suxumda insanlar "parlament" və "prezident iqamətgahı" yaxınlığında Rusiya ilə investisiya sazişinin bağlanmasına etiraz olaraq aksiya keçiriblər. Etirazçılar əvvəlcə "parlament" binasının qapılarını sındıraraq basqın ediblər, daha sonra "prezident sarayı"nın qarşısını kəsərək yenidən qapıları sındırıblar. 

    "Parlament"in yaxınlığında atəş açılıb. Aksiya zamanı səkkiz nəfər yaralanıb.