İranda etirazlarda ölənlərin sayı 500-ü ötdü
Ölənlərin 69-nun yaşı 18-dən aşağıdır
İranda keçirilən etiraz aksiyalarında 503 nəfər həlak olub. Bu barədə İran Hüquq Müdafiəçiləri təşkilatı məlumat yayıb. Bildirilib ki, ölənlərin 69-nun yaşı 18-dən aşağıdır.
Bundan əlavə, etirazlar zamanı 18 452 nəfər həbs olunub. Onlardan 3 976 nəfərin kimliyi və saxlanılma yeri bəlli deyil. Məlumata görə, həbs olunan 652 nəfər tələbədir. Nümayişlərə ümumilikdə 144 universitetin tələbələri qoşulub.
Qeyd edilib ki, ölkənin 161 şəhərini əhatə edən aksiyalarda güc strukturlarının 62 nümayəndəsi öldürülüb.
Xatırladaq ki, ən azı 11 nəfər ölüm cəzasına məhkum edilib, 24 nəfər isə ölüm cəzasına səbəb ola biləcək ittihamlarla üzləşib.