HƏMAS-ın Siyasi Bürosuna daxil olan ilk qadın həlak olub
Londonda yerləşən Arabi-21 xəbər portalı Cəmilə əl-Şantinin İsrailin hücumları nəticəsində öldüyü bildirilir
Fələstinin HƏMAS radikal hərəkatının Siyasi Bürosuna daxil olan ilk qadın Cəmilə əl-Şanti Qəzzada həlak olub.
Mənbələrin bildirdiyinə görə, Əl-Şanti İsrailin anklav ərazisinə endirdiyi zərbələrin qurbanı olub. HƏMAS-ın özü hələlik bu məlumatı şərh etməyib.
Əl-Şanti islamçı hərəkatın qurucularından biri Abdel Əziz Rantinin dul qadınıdır. 2004-cü ildə vəfat etdikdən sonra siyasi fəaliyyətini davam etdirib. Xüsusilə, Əl-Şanti Qəzzada Qadın İşləri Nazirliyinə rəhbərlik edib və 2021-ci ildə HƏMAS Siyasi Bürosunun üzvü olub.