XƏBƏRLƏR / Münaqişə

İsrail İranla müharibənin itkiləri barədə məlumatı açıqlayıb

Bu barədə İsrailin Baş naziri Ofisinin müşaviri Dmitri Gendelman bildirib

İsrail İranla müharibənin itkiləri barədə məlumatı açıqlayıb
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • İranın hücumları nəticəsində İsraildə 28 nəfər ölüb, 1 472 nəfər yaralanıb.

    Bu barədə İsrailin Baş naziri Ofisinin müşaviri Dmitri Gendelman bildirib.

    "Müharibə başlayandan indiyədək İsrail ərazisinə 550-yə yaxın raket atılıb, 1 000-dən çox pilotsuz uçuş aparatı buraxılıb. İsrailin Vergi İdarəsi dəymiş ziyanla bağlı 38 700 müraciət alıb. 15 500-dən çox insan evini itirib", - Gendelman qeyd edib.

    Həmçinin münaqişə zamanı İsrailin hava məkanı bağlanıb, 150 minə yaxın vətəndaş evinə qayıda bilməyib.

    Qeyd edək ki, İran tərəfi itkilər və ziyan barədə məlumat verməyib.