XƏBƏRLƏR / Münaqişə

AEBA İranda nüvə obyektlərində yeni zədələnmələr qeydə alıb

Bu barədə AEBA-nın portalında dərc edilmiş bəyanatda deyilir

AEBA İranda nüvə obyektlərində yeni zədələnmələr qeydə alıb
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Atom Enerjisi üzrə Beynəlxalq Agentlik (AEBA) İran və İsrail arasında bu gün elan edilən atəşkəsdən əvvəl həyata keçirilən hücumlardan sonra Fordo və Natanzdakı İran nüvə obyektlərində yeni zədələnmələr qeydə alıb.

    Bu barədə AEBA-nın portalında dərc edilmiş bəyanatda deyilir.

    "ABŞ-ın iyunun 22-də obyekti bombardman etməsindən sonra AEBA müəyyən edib ki, yeraltı obyektin yaxınlığındakı yollar və girişlərdən biri zərər görüb", - məlumatda qeyd edilib.

    Agentlik bazar ertəsi səhər məlumat verilən Fordoya zərbələr haqqında təfərrüatları dəqiqləşdirib.

    Bundan əlavə, agentlik Natanzdakı əvvəllər zənginləşdirmə aparılan və materialların saxlanıldığı yeraltı zalların yaxınlığında ABŞ-ın zərbələrindən iki çuxur yeri aşkar edib.