XƏBƏRLƏR / Münaqişə

İran Qətərdə neft və qaz emalı zavodlarını vurdu

Bundan əvvəl İsrail İranın cənubunda qaz emalı zavodunu vurmuşdu YENİLƏNİB

İran Qətərdə neft və qaz emalı zavodlarını  vurdu
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • 01:59
    NASA-nın Yanğın Monitorinqi Peyk Xəritəsinə (FIRMS) görə, İranın Ras Laffana raket hücumundan sonra Royal Dutch Shell və Qatar Energy şirkətlərinə məxsus dünyanın ən böyük mayeləşdirilmiş təbii qaz zavodu olan Pearl GTL də yanır. İranlılar digər obyektlərə də ciddi ziyan vurublar.


    ***


    01:06

    Qətər iki İran attaşesini persona non grata elan edib, Əmirliyin Xarici İşlər Nazirliyi bildirib.
    ***

    2026-03-18 23:33
    İranın hücumundan sonra Qətərdəki Ras Laffan neft emalı zavodunda yanğın baş verib.

    Qətər rəsmi olaraq həmləni pisləyərək, qisas almaq hüququnu özündə saxladığını bildirib.

    Xatırladaq ki, SEPAH İsrailin İranın cənubunda qaz emalı zavodunu vurandan sonra Səudiyyə Ərəbistanı, BƏƏ və Qətərdəki müəssisələri "qanuni hədəf" elan etdi.