İranın cənubundakı neft-qaz obyektlərinə zərbələr endirib
SEPAH buna cavab olaraq Körfəzdə enerji obyektlərinə hücum edəcəyini bildirib
ABŞ və İsrail İranın Körfəzdəki neft-qaz infrastrukturuna aviazərbələr endirib.
“Fars” xəbər agentliyinin məlumatına görə, İranın cənubunda - Cənub Pars və Əsəluyyədə yerləşən neft-qaz emalı zavodlarında bir neçə partlayış baş verib.
Hadisə yerinə yanğınsöndürənlər və təcili yardım maşınları cəlb olunub.
Qeyd edək ki, Cənubi Pars dünyanın ən böyük təbii qaz yatağıdır. İran və Qətər orada birgə fəaliyyət göstərir.
***
Öz növbəsində, İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) Körfəz ölkələrinə xəbərdarlıq edib.
“Tasnim”in xəbərinə görə, SEPAH Səudiyyə Ərəbistanı, BƏƏ və Qətər vətəndaşlarını neft təsisatlarından uzaqlaşmağa çağırıb.
Hücum ediləcək enerji obyektlərinin siyahısı təqdim olunub. Bildirilib ki, sözügedən müəssisələr “qanuni hədəflər”dir.
1 dəqiqə