XƏBƏRLƏR / Münaqişə

Çin Tayvanda əməliyyatlara başlayıb

Tayvan: Adanın ətrafında 70 Çin təyyarəsi və 11 gəmi görünüb

Çin Tayvanda əməliyyatlara başlayıb
  • Oxuma müddəti:

    1 dəqiqə

  • Tayvan Müdafiə Nazirliyi son sutka ərzində adanın ətrafında Çinə məxsus 70 hərbi təyyarə və 11 döyüş gəmisinin göründüyünü bildirib. Nazirliyin açıqlamasına görə, 70 təyyarədən 35-i tərəflərin təsir zonalarını məhdudlaşdırmalı olan hava və dəniz xəttini keçərək Tayvanın “Hava Hücumundan Müdafiə İdentifikasiya Zonası” (ADİZ) elan etdiyi ərazinin üzərindən uçub.

    Həmçinin nazirlik təlimin başlayandan indiyədək Tayvan boğazında orta xətt və ADİZ-ə 45 döyüş atışının edildiyini açıqlayıb.

    Qeyd edək ki, Çin Xalq Azadlıq Ordusu (ÇXAO) aprelin 8-də Tayvan adasının şimalında, cənubunda və şərqində dənizdə və havada döyüş hazırlığı təlimləri və patrul fəaliyyətini birləşdirən əməliyyatlara başlayıb.

    Çinin ada ətrafındakı təlimləri Tayvan lideri Tsay İnvenin Mərkəzi Amerikaya səfəri zamanı Los Anecelesdə dayanaraq, ABŞ Nümayındələr Palatasının spikeri Kevin Makkarti ilə görüşündən sonraya təsadüf edir. Rəsmi Pekin həmin görüşə etirazını bildirmişdi.