XƏBƏRLƏR / Münaqişə

Pakistan Əfqanıstanın Kabil və digər yerlərinə zərbə endirib

Taliban hökumətinin nümayəndəsi Zəbihullah Mücahid

Pakistan Əfqanıstanın Kabil və digər yerlərinə zərbə endirib
  • Oxuma müddəti:

    1 dəqiqə

  •        Taliban hökumətinin nümayəndəsi Zəbihullah Mücahid sosial media platforması X-də bildirib ki, Pakistan Əfqanıstanın Kabil və bir neçə digər əyalətindəki hədəflərə zərbələr endirib.

    Onun sözlərinə görə, Kabil, Qəndəhar, Paktiya, Paktika və bir neçə digər rayona zərbələr endirilib.

    Kabil polisinin məlumatına görə, şəhərdəki bombardman nəticəsində dörd nəfər ölüb, 15 nəfər yaralanıb.

    Pakistanın hərbi təyyarələri həmçinin Qəndəhar hava limanı yaxınlığındakı özəl Kam Air aviaşirkətinə məxsus yanacaq anbarlarına zərbələr endirib.

           Öz növbəsində Pakistan hakimiyyəti bunu Əfqanıstandan Pakistan əsgərlərinin ölümünə səbəb olan "səbəbsiz atəşə" cavab adlandırır.
    Pakistanın müdafiə naziri Xavaca Məhəmməd Asif tvitində Talibanla qarşıdurmanın "açıq müharibə" olduğunu bildirib və Pakistanın "50 il ərzində beş milyon əfqanı qəbul etdiyini" və "bu gün belə milyonlarla əfqanın bizim torpaqlarımızda dolanışığını təmin etdiyini" qeyd edib. O, "Taliban Əfqanıstanı Hindistan müstəmləkəsinə çevirib" və "Hindistanın kuklalarına çevrilib" deyə iddia edib.