Ermənistan MTX Rusiyanı dövlət çevrilişində ittiham edib
Hakimiyyəti qəsb etmək məqsədilə zor tətbiq etmək maddəsi ilə cinayət işi açılıb
Ermənistan Milli Təhlükəsizlik Xidməti Rusiyanı dövlət çevrilişi hazırlamaqda ittiham edib. VİDEO
Cinayət işi zor tətbiq etməklə hakimiyyəti qəsb etmək maddəsi ilə açılıb. Keçmiş Qarabağ sakinləri də daxil olmaqla 7 vətəndaş Ermənistanda növbəti silahlı çevriliş məqsədi ilə başqalarını Rusiyada hərbi təlimlərdə iştirak etmək üçün cəlb ediblər:
İşə götürülənlərdən bəziləri iştirakdan imtina edib, təşkilatçılardan üçü saxlanılıb. Qalanların axtarışına başlanılıb, qrupun digər üzvlərinin müəyyən edilməsi istiqamətində tədbirlər görülür.