XƏBƏRLƏR / Münaqişə

İranda ümumerməni Yeparxiyası repressiyalara dəstək verib

Qriqor Çiftçiyan İranda son etiraz aksiyaları ilə bağlı bəyanat yayıb

İranda ümumerməni Yeparxiyası repressiyalara dəstək verib
Qriqor Çiftçiyan
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • SEPAH-a bağlı “Fars News” agentliyi yazır ki, İranda Ümumerməni Yeparxiyası repressiyalara dəstəkləyərək, etirazçıların cəzalandırılmasına çağırış edib.

    Şərqi Azərbaycan əyalətində yaşayan ermənilərin arxiyepiskopu Qriqor Çiftçiyan İranda son etiraz aksiyaları ilə bağlı bəyanat yayıb.

    O, İran rəsmilərinin fikirlərini təkrar edərək etirazçıları "düşmən" adlandırıb və onları terrorçu, iğtişaşçı kimi qələmə verərək nümayişçilərin hərəkətlərini pisləyib.

    İranda yaşayan bütün xalqların bərabər hüquqa malik olduğunu iddia edən erməni din xadimi etirazçıları fitnəkarlıqda ittiham edib.

    Çiftçiyan etiraz aksiyalarının yatırılmasını istəyib və bu yöndə İran hökumətinin repressiv addımlarına dəstək verdiklərini bildirib.