Rusiya Ukrayna-Moldova sərhədindəki keçidi vurub FOTO
Moldova Xarici İşlər Nazirliyinin açıqlaması Rusiya Müdafiə Nazirliyinin hücumu təsdiqləməsindən sonra verildi YENİLƏNİB
16:51
Moldova Xarici İşlər Nazirliyi Rusiyanı Tudora-Starokazaçye keçid məntəqəsinə qəsdən hücum etməkdə və hücumu Ukraynaya silah göndərilməsi ilə bağlı yalan iddialarla əsaslandırmağa çalışmaqda günahlandırdı.
Xarici İşlər Nazirliyinin açıqlaması Rusiya Müdafiə Nazirliyinin hücumu təsdiqləməsindən sonra verildi. Moskva, Rusiya tərəfinin fikrincə, Ukraynaya hərbi yük daşımaq üçün istifadə edilən Starokazaçye keçid məntəqəsindəki logistika obyektlərini hədəf aldığını iddia etdi.
***
2026-09-09 11:28
Rusiya Silahlı Qüvvələri Ukrayna-Moldova sərhədindəki nəzarət-buraxılış məntəqəsinə hücum edib: itkilər var.

Odessa bölgəsindəki Starokozaçye nəzarət-buraxılış məntəqəsi hədəfə alınıb. Dronlar obyektin infrastrukturuna və ətraf əraziyə zərbələr endirərək yanğınlara səbəb olub.
Nəzarət-buraxılış məntəqəsi hazırda bağlıdır. Nəzarət-buraxılış məntəqəsinin yaxınlığında mülki şəxslər arasında itkilər və ölüm halları var.
1 dəqiqə