XƏBƏRLƏR / Münaqişə

Ukrayna silahlı qüvvələri Dağıstanda limanı dronla vurub

Bu barədə Dağıstan rəhbərinin səlahiyyətlərini icra edən Fyodor Şçukin məlumat verib YENİLƏNİB

Ukrayna silahlı qüvvələri Dağıstanda limanı dronla vurub
  • Oxuma müddəti:

    1 dəqiqə

  • 12:08

    Ukrayna Prezidenti Volodimir Zelenski Ukrayna ordusunun Mahaçqalada limana zərbə endirdiyini təsdiq edib.

    O, bu barədə “X” hesabında yazıb.

    Onun sözlərinə görə, Ukrayna dronları bir gündə Rusiya infrastrukturunun səkkiz obyektinə zərbələr endirib.

    Zelenski qeyd edib ki, Dağıstandakı Dəniz Ticarət Limanı və Yamalo-Nenets Muxtar dairəsindəki Neft Emalı Zavodu vurulub.

    Eyni zamanda, Moskva, Voronej, Həştərxan və Bryansk bölgələrindəki obyektlərə də zərbə endirilib.

    Qeyd edək ki, bundan əvvəl Dağıstan hakimiyyəti hücum nəticəsində Avar Teatrının binasına və limana ziyan dəydiyini bildirib. Bölgə rəhbərinin sözlərinə görə, PUA hücumundan sonra yanğın başlayıb.

    ***

    07:45

    Mahaçqala şəhərində Ukrayna PUA-larının hücumundan sonra liman ərazisində yanğın baş verib.

    Bu barədə Dağıstan rəhbərinin səlahiyyətlərini icra edən Fyodor Şçukin məlumat verib.

    Onun sözlərinə görə, PUA qalıqlarının düşməsi nəticəsində Avar Musiqili-Dram Teatrında da yanğın qeydə alınıb.

    Təhlükəsizlik məqsədilə Mahaçqala hava limanında təyyarələrin qəbulu və yola salınmasına müvəqqəti məhdudiyyətlər tətbiq edilib.