XƏBƏRLƏR / Münaqişə

İranın strateji maliyyə mərkəzinə hücum edilib

SEPAH Bankının məlumat mərkəzi və SEPAH-ın Xatəmül-Ənbiya Qərarganı raket hücumuna məruz qalıb

İranın strateji maliyyə mərkəzinə hücum edilib
  • Oxuma müddəti:

    1 dəqiqə

  • Gecə SEPAH Bankının məlumat mərkəzi və SEPAH-ın Xatəmül-Ənbiya Qərarganı raket hücumuna məruz qalıb.

    Məlumata görə, SEPAH Bankının “Omid Computer Services”ə (bankın İT qolu) məxsus binaya texniki qruplar kiberhücumlarla mübarizə aparmaq üçün təcili növbədə olduğu vaxt zərbə endirilib. Bank tərəfindən bildirilib ki, öncə bütün xidmətlər sabit olub, ancaq mərkəzin dağıdılması bank şəbəkəsinin fəaliyyətinə yeni çətinlik gətirib.

    Bankın strateji və hərbi xidmətlərə maliyyə dəstəyi verdiyi nəzərə alınaraq, ekspertlər hesab edirlər ki, hücum bu qüvvələrin maliyyə və lojistik dəstək strukturunu iflic etmək məqsədilə həyata keçirilib.

    Bundan əlavə, Xatəmül-Ənbiya qərargahının sözçüsü açıqlayıb ki, ABŞ və İsraillə əlaqəli banklar artıq İslam Respublikasının hücumlarının qanuni hədəfi hesab ediləcək.

    İranın dövlət mediası bildirir ki, hücum zamanı ən azı bir bank təhlükəsizlik işçisi həyatını itirib.