XƏBƏRLƏR / Münaqişə

İsraildə GPS siqnalı boğulmağa başlanıb YENİLƏNİB

Bu İranın təhdidləri fonunda təhlükəsizlik məqsədi ilə həyata keçirilir

İsraildə GPS siqnalı boğulmağa başlanıb YENİLƏNİB
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • İranın təhdidləri fonunda təhlükəsizlik kamikadze dronları, PUA-ları, ballistik raketləri və təyinatlı qanadlı raketləri GPS vasitəsilə dəqiq hədəfə almaq imkanını çaşdırmaq məqsədilə bu səhər İsraildə GPS siqnalı boğulmağa başlanıb.

    Siqnal boğucusu ölkənin mərkəzində də işə salınıb. Belə ki, Tel-Əviv sakinləri naviqatorlarda Beyrutu, cənublular isə Qahirəni görürlər.

    İranın Suriyadakı missiyasına endirdiyi zərbəyə görə qisas almaq qorxusu fonunda İsrail yüksək hazırlıq vəziyyətindədir və SAXAL hava hücumundan müdafiə qüvvələrin ehtiyatda olan hərbiçiləri səfərbər edir - The Times of Israel yazır.

    “Əgər zərbə İranın etibarlı müttəfiqlərinin biri tərəfindən deyil, İranın öz ərazisindən  endirilsə, bu SAXAL-ın daha ciddi cavab zərbəsi ilə nəticələnəcək”, - nəşr yazır.