XƏBƏRLƏR / Münaqişə

İranda polis məntəqələrinə və hərbi bazalara hücumlar olub

Hər iki tərəfdən 23 nəfər ölüb YENİLƏNİR

İranda polis məntəqələrinə və hərbi bazalara hücumlar olub
  • Oxuma müddəti:

    1 dəqiqə

  • Sistan və Bəlucistan vilayətinin Çabahar və Rask şəhərlərində törədilən terror aktlarında 5 fədai öldürülüb, 5 təhlükəsizlik qüvvəsinin əməkdaşı həlak olub.

    8 saatdan sonra döyüşlər hələ də davam edir, Ceyş ül-Adl İranın hərbi obyektinin ərazisindəki sursat anbarlarını ələ keçirib və 10-dan çox iranlı hərbçini öldürüb, digərləri isə girov saxlanılır.

    Bəluc fədailərlə qarşıdurmada Çabaharda bir əsgər, bir Bəsic təhlükəsizlik qüvvəsinin əməkdaşı, bir mühafizəçi və iki polis ölüb.

    Ölənlər arasında Çabahar şəhərinin polis bölməsinin rəis müavini də var.

    İndiyədək beş fədainin öldürüldüyü təsdiqlənib.

    Hazırda Sərbaz, Rask və Çabahar şəhərlərində qarşıdurmalar davam edir və fədailər təhlükəsizlik qüvvələrinin əməkdaşları tərəfindən tamamilə mühasirəyə alınıb.