16:17
Tatarıstan Respublikasının (Rusiya) Nijnekamsk şəhərindəki bir sıra obyektlərə pilotsuz uçuş aparatları ilə (PUA) zərbələr nəticəsində 7 Özbəkistan vətəndaşı ölüb.
Bu barədə Özbəkistanın Kazandakı Baş Konsulluğu məlumat yayıb.
Konsulluqdan bildirilib ki, vəziyyət nəzarətə götürülüb və baş verənlərin təfərrüatlarını aydınlaşdırmaq üçün yerli səlahiyyətli orqanlar və istintaq strukturları ilə zəruri əlaqələr qurulub.
Məhkəmə-tibbi ekspertizası və zəruri rəsmi prosedurlar başa çatdıqdan sonra ölən vətəndaşların meyitlərinin vətənə çatdırılması planlaşdırılır.
Tatarıstanın hüquq-mühafizə orqanlarının məlumatına görə, baş vermiş hadisə nəticəsində 13 nəfər ölüb.
***
13:59
Ukraynanın Tatarıstana PUA hücumu nəticəsində ölənlərin sayı 13-ə yüksəlib.
Bu barədə Tatarıstan rəhbərinin mətbuat xidməti məlumat yayıb. Mətbuat xidməti yaralıların sayının 48 nəfərə çatdığını da açıqlayıb.
Yaralılar xəstəxanalara yerləşdirilib, onlara zəruri tibbi yardım göstərilir.
***
10:54
Ukraynanın Tatarıstana PUA hücumu nəticəsində 12 nəfər ölüb.
Bu barədə “Shot” teleqram kanalı məlumat yayıb.
Hücumda daha 39 nəfərin yaralandığı bildirilir.
Nijnekamska PUA hücumunda həlak olanların xatirəsinə matəm elan olunub.
1 dəqiqə