Yaxın Şərq savaşında bu gecə necə keçdi?
Tehran müharibənin başlanğıcından bəri ən böyük bombardmanlara məruz qaldı
Gecənin bəzi hadisələri
- Tehran müharibənin başlanğıcından bəri ən böyük bombardmanlara məruz qaldı, Şərq Komandanlığının Qərargahı da daxil olmaqla, şəhərin müxtəlif yerlərində onlarla partlayış baş verdi.
- İranın pilotsuz təyyarəsi İraq/Kürd şəhəri Ərbildəki Fransa bazasına zərbə endirdi. 1 fransız əsgəri ölüb, beşi yaralanıb. Həmçinin Ərbilin şimalında yerləşən "Lanaz" Neft Emalı Zavoduna zərbə endirildi.
- İran bəyan edir ki, ABŞ Hərbi Hava Qüvvələri KC-135 (yanacaqdolduran tanker) raketlə vurub. Altı heyət üzvü çox güman ki, sağ qalmayıb. Centcom isə təyyarənin "dost atəş"indən qəzaya uğramasını elan etdi.
- Dubayda daha bir qüllə dron hücumundan sonra yanır. İran Dubay Beynəlxalq Maliyyə Mərkəzinə (DIFC) və Cumeyra çimərliyinə dron zərbəsi endirib.
- Türkiyənin İncirlik Hava Bazasında hava hücumu xəbərdarlığı. Yerli sakinlər İrandan atılan ballistik raketin zərərsizləşdiyini bildirirlər.
- Daha bir zərbə də İsrailin Zərzir bölgəsinə də dəydi. "Dəmir Günbəz" pilotsuz təyyarələrin hamısını vura bilmədi, təxminən 58 nəfərin zərər çəkdiyi bildirilir.
1 dəqiqə