Türkiyə Milli Müdafiə Nazirliyi: İncirlik Türkiyə bazasıdır!
Incirlikd' Amerika əsgərlərinin mövcudluğu onun ABŞ bazası olması demək deyil
İncirlik Türkiyə bazasıdır.
Bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi bəyanat yayıb.
Əskişəhərdəki Hərbi Hava Qüvvələri Komandanlığı nəzdində fəaliyyət göstərən 10-cu Əsas Reaktiv Baza Komandanlığımız Adana, İncirlikdə yerləşir.
10-cu Əsas Reaktiv Baza Komandanlığımızda F-16 eskadrilyamız, tanker eskadrilyamız və PUA-larımız yerləşir. Bütün obyektləri ilə birlikdə Türkiyə Respublikasının mülkiyyətidir.
Baza komandiri türk briqada generalıdır. Orada Amerika əsgərlərinin olması onun Amerika bazası olması demək deyil. Orada İspaniya, Polşa və Qətər hərbi personalı da yerləşdirilib.
1 dəqiqədən az