XƏBƏRLƏR / Münaqişə

İsrail Hərbi Hava Qüvvələri Livanda Hizbullahı vurdu

Yeddi hədəfə eyni vaxtda hücum edildiyi qeyd edilir

İsrail Hərbi Hava Qüvvələri Livanda Hizbullahı vurdu
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • İsrail Hərbi Hava Qüvvələri gecə saatlarında Livanda İranyönlü Livan Hizbullah hərəkatının hədəflərinə hücum edib. Bu barədə İsrail ordusunun mətbuat xidməti məlumat yayıb.

    Məlumata görə, hədəflərə həm Livanın dərinliklərində, həm də ölkənin cənubunda hücum edilib. Ordunun mətbuat xidmətinin məlumatına görə, zərər çəkmiş obyektlər arasında silah anbarları və terrorçuların infrastrukturu var.

    Yeddi hədəfə eyni vaxtda hücum edildiyi qeyd edilir.