XƏBƏRLƏR / Münaqişə

Yaxın Şərqdə müharibəni İran dövləti yox, SEPAH aparır

Keşikçiləri Korpusu ABŞ hərbi bazaları və İsrail ordusunun toplanma məntəqələrini vurduğunu bəyan edib

Yaxın Şərqdə müharibəni İran dövləti yox, SEPAH aparır
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • İranın son hücumunda regiondakı bütün ABŞ hərbi bazaları və İsrail ordusunun toplanma məntəqələri vurulub.

    Bu barədə İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) bəyanat yayıb.

    Bəyanatda bildirilib ki, 62-ci hücum dalğasında ABŞ-ın hərbi obyektləri, həmçinin İsrail ordusunun Təl-Aviv, Hayfa və digər şəhərlərdəki toplanma məntəqələri və dəstək mərkəzləri hədəf alınıb.

    Qeyd olunub ki, hücumlar çoxbaşlıqlı “Qədr”, “Hacı Qasim”, “Emad” və “Xeybərşekən” tipli raketlərlə həyata keçirilib.