XƏBƏRLƏR / Münaqişə

SEPAH 6 körfəzyanı ölkəyə raket və dron zərbələri endirib

Bu barədə İranın “Tasnim” informasiya agentliyi xəbər verib

SEPAH 6 körfəzyanı ölkəyə raket və dron zərbələri endirib
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • SEPAH: Suriya, Bəhreyn, İordaniya, Oman, Küveyt və Qətərdəki hədəflərə zərbələr endirilib.

    İran İnqilab Keşikçiləri Korpusu (SEPAH) İranşəhrdə hərbçilərin ölümünə səbəb olan hücumlara cavab olaraq ABŞ-ın Suriyanın Tənf regionundakı xüsusi əməliyyatlar üzrə komanda mərkəzinə zərbə vurduğunu bildirib.

    Bu barədə İranın “Tasnim” informasiya agentliyi xəbər verib.

    Eyni zamanda, son hücumlara cavab olaraq, İran Bəhreyn, İordaniya, Oman, Küveyt və Qətərdəki ABŞ hədəflərinə də raket və PUA zərbələri endirib.