XƏBƏRLƏR / Münaqişə

Kiyev Moskva paradında iştirak edən MDB rəhbərlərini qınadı

Ukrayna Xarici İşlər Nazirliyi bununla bağlı xüsusi bəyanat qəbul edib

Kiyev Moskva paradında iştirak edən MDB rəhbərlərini qınadı
  • Oxuma müddəti:

    1 dəqiqə

  • Ukrayna Xarici İşlər Nazirliyi verdiyi bəyanatda Ermənistan, Qazaxıstan, Qırğızıstan, Tacikistan, Türkmənistan və Özbəkistan liderlərinin Moskvada keçirilən Rusiyanın “Qələbə paradı”nda iştirakını əxlaqsız və dostluğa sığmayan addım hesab edir.

    “Biz bu xarici dövlətlərin rəhbərlərinin Avropada İkinci Dünya müharibəsindən bəri görünməmiş miqyasda müharibəyə başlaması ilə öyünən hərbi cinayətkarla birgə ictimai tədbirdə iştirakını Ukraynaya qarşı əxlaqsız və dostcasına addım kimi qiymətləndiririk. Bu, yaşamaq və azadlıq uğrunda mübarizə aparan Ukrayna xalqına hörmətsizlikdir”, - bəyanatda deyilir.

    Xatırladaq ki, 9 may Qələbə gününə həsr olunmuş Moskvadakı paradda qonaqlar arasında Ermənistanın baş naziri Nikol Paşinyan, Belarus Prezidenti Aleksandr Lukaşenko, Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev, Qırğızıstan Prezidenti Sadır Japarov, Tacikistan Prezidenti Emoməli Rəhmon, Türkmənistan Prezidenti Serdar Berdiməhəmmədov, Özbəkistan Prezidenti Şavkat Mirziyoyev iştirak edirlər.