XƏBƏRLƏR / Münaqişə

Müctəba Xameneinin adından növbəti bəyanat yayılıb

Bəyanatda hücumun təkrarlanacağı təqdirdə ABŞ-a hədə-qorxu gəlinib

Müctəba Xameneinin adından növbəti bəyanat yayılıb
  • Oxuma müddəti:

    1 dəqiqə

  • ABŞ-ın hücumu təkrarlanacağı təqdirdə, İranın cavabı daha geniş ölçüdə olacaq.

    Bu barədə İranın Ali Rəhbəri Ayətullah Müctəba Xameneinin adından yayılan “Qlobal imperializmlə milli mübarizə günü” ilə bağlı bəyanatında xəbərdarlıq edilib.

    Bəyanatda deyildiyinə görə, İranın Hörmüz boğazında idarəçiliyi ələ alması və region ölkələrində ABŞ hərbi bazalarının məhv edilməsi fevral ayında başlayan müharibəyə cavab olub.

    Xameneinin adından ABŞ-da keçirilən aralıq seçkilərinə də münasibət bildirib. Vurğulanıb ki, ABŞ-da siyasi partiyaların yerdəyişməsi və Vaşinqtonun təzyiqləri qarşısında güzəştə getməyin “ABŞ-ın İrana qarşı düşmənçiliyini” azaldacağını düşünənlər yanılır.

    Ən cüzi təslimçiliyə meyilliliyin nümayiş etdirilməsinin ABŞ-ın daha çox irəli getməsinə gətirib çıxaracağını bəyan edilib.

    İranın Ali Rəhbəri adından verilən bəyanatda “ABŞ-ın çöküşünün sürətləndiyini” də əlavə edilib.