Ukrayna Ryazanda "Rosneft"in neft emalı zavodunu vurub
Bu barədə Rusiya mediası xəbər verir
5 noyabr, cümə axşamı gecəsi Ukrayna dronları Rusiyanın Ryazan bölgəsindəki hədəflərə hücum etdi.
Ryazandakı sənaye obyektlərində yanğınlar baş verdi, elektrik xətləri zədələndi və şəhərin bir hissəsi işıqsız qaldı. Ukrayna monitorinq resurslarına görə, hücumun hədəflərindən biri Rosneft-in Ryazan Neft Emalı Zavodu idi. Obyektə ən azı 6 zərbə qeydə alınıb.
Qeyd edək ki, Ryazan Neft Emalı Zavodu Rusiyanın ən böyük neft emalı zavodlarından biridir. Onun illik istehsal gücü təxminən 17 milyon ton neftdir. Zavod avtomobil benzini, dizel və aviasiya yanacağı, mazut və digər məhsullar istehsal edir.

Bundan əlavə, dron hücumundan sonra, Tyuşevo kəndi yaxınlığında yerləşən Ryazan Sənaye Parkındakı Wildberries logistika mərkəzinin yanğına məruz qaldığı iddia edilir.
Ryazan vilayətinin qubernatoru Pavel Malkov bölgədə kütləvi dron hücumunu təsdiqləyib.
1 dəqiqədən az