XƏBƏRLƏR / Münaqişə

Ukrayna və Rusiya 10-11 noyabrda danışıqlara başlayacaq

Əbu-Dabidə aparılacaq danışıqları rəsmi Moskva da təsdiqləyib YENİLƏNİB

Ukrayna və Rusiya 10-11 noyabrda danışıqlara başlayacaq
  • Oxuma müddəti:

    1 dəqiqə

  • 14:21

    Kreml Rusiya, ABŞ və Ukraynanın iştirakı ilə üçtərəfli danışıqlar 10-11 noyabr tarixlərində Əbu-Dabidə keçiriləcəyini təsdiqləyib.

    Kremlin rəsmi nümayəndəsi Dmitri Peskov Rusiya nümayəndə heyətinin 10 və 11 noyabr tarixlərində Əbu-Dabidə olacağını və üçtərəfli danışıqlarda iştirak edəcəyini deyib.

    Kremlin sözçüsü Vladimir Medinskinin Ukrayna ilə bağlı Əbu-Dabi danışıqlarında Rusiya nümayəndə heyətinin rəhbəri olaraq qalacağını da bildirib.

    ***

    11:07

    Xüsusi nümayəndə Stiv Uitkoff bildirib ki, Ukrayna və Rusiya 10-11 noyabr tarixlərində ABŞ-ın vasitəçiliyi ilə Əbu-Dabidə danışıqlar aparacaqlar.

    Müzakirələr müharibədən sonrakı təhlükəsizlik tənzimləmələri, gərginliyin azaldılması, humanitar təşəbbüslər və sülhə doğru atılacaq addımlara yönələcək.

    Uitkoff həmçinin bu həftə Brüsseldə Fransa, Almaniya, Birləşmiş Krallıq, Aİ və NATO nümayəndələri ilə Amerika vasitəçilərinin görüşünün keçiriləcəyini elan edib. Onlar Ukrayna üçün təhlükəsizlik zəmanətlərini, Avropanın müharibədən sonrakı təhlükəsizlik arxitekturasını və Ukraynanın bərpasını dəstəkləmək üçün iqtisadi imkanları müzakirə etməyi planlaşdırırlar.