XƏBƏRLƏR / Münaqişə

İran Körfəz ölkələrinə aramsız raket zərbələri endirir

Küveyt, Qətər, İordaniya, İraq zərbə altındadır

İran Körfəz ölkələrinə aramsız raket zərbələri endirir
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • İran Küveytə raket və pilotsuz təyyarələrlə zərbələr endirib.

    Ərəb mediasının məlumatına görə, İordaniyadakı sənaye kompleksinə İran raketləri zərbə endirib.

    Əsas zərbə İordaniyanın şərqinə endirilib və hücumdan sonra bir neçə bölgədə hava hücumu sirenləri tez bir zamanda səsləndirilib. Amerika qoşunlarının yerləşdiyi Zarqa hərbi bazasına güclü partlayışlar baş verdiyi bildirilir. Muaffaq Salti hava bazasının yaxınlığında yerləşən sənaye kompleksinə də zərbə endirilib.

    Hücumu dəf etmək üçün müttəfiq qüvvələri yerləşdirilib. İordaniyada yerləşən Britaniyanın "Eurofighter Typhoon" qırıcı təyyarələri hazırda İran dronları ilə hava döyüşləri aparır.

    İordaniya hakimiyyəti İranın atdığı 8 balistik raketin uğurla məhv etdiyini bildirib.

    İran İraqın Bağdad və Ərbil şəhərlərindəki Amerika bazalarına hücum edib.