Tehranın səmasını qara tüstü bürüyüb FOTO
Yanan neft ayırma zavodları şəhəri gündüzün günorta çağı zülmətə qərq edib
Tehranın üzərindəki tüstü o qədər qatıdır ki, günəşin qarşısını kəsib.
ABŞ və İsrailin hələ də yanmaqda olan Şahran yanacaq anbarı da daxil olmaqla neft anbarlarına hava hücumlarından sonra səma qara, yağlı səma ilə örtülüb.

CNN müxbiri Frederik Pleytgenin verdiyi məlumata görə, İsrailin neft anbarlarına hücumlarından sonra Tehranda əməlli başlı "neft yağışı" yağıb.

O bildirib ki, İran paytaxtı üzərində buludlar əmələ gəlib, neft məhsullarının yanma məhsullarını udur və turşu yağışına səbəb olur.

Daha əvvəl İsrail Tehranda 30 neft anbarına zərbə endirdiyini iddia etmişdi.

1 dəqiqədən az