XƏBƏRLƏR / Münaqişə

ABŞ və İran arasında hərbi qarşıdurma daha da gərginləşib

Qərb agentlikləri xəbər verir

ABŞ və İran arasında hərbi qarşıdurma daha da gərginləşib
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • ABŞ və İran arasında hərbi qarşıdurma daha da dərinləşib. ABŞ ordusu İranın Hörmüz boğazında ticarət gəmisinə hücumundan sonra ölkənin hərbi obyektlərinə yeni zərbələr endirib.

    Qərb agentlikləri xəbər verir ki, buna cavab olaraq İran ABŞ-ın regiondakı hərbi mövcudluğuna qarşı raket və pilotsuz uçuş aparatları ilə hücumlar həyata keçirib.

    İran Hörmüz boğazının bağlandığını bəyan edib. Bu addım qlobal enerji bazarlarında narahatlıq yaradıb, çünki dünya neft ticarətinin əhəmiyyətli hissəsi məhz bu marşrutdan keçir.