XƏBƏRLƏR / Münaqişə

HAMAS-ın azad etdiyi israilli qadının iki barmağı yoxdur

Məlumatı İsrail Xarici İşlər Nazirliyinin mətbuat xidməti yayıb

HAMAS-ın azad etdiyi israilli qadının iki barmağı yoxdur
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Qəzza zolağında Fələstinin HAMAS hərəkatı tərəfindən digər iki girovla birlikdə İsrail hərbçilərinə təhvil verilən qadın iki barmağını itirib.

    Bu barədə İsrail Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin “Telegram”da yaydığı bəyanatında deyilir.

    “Emili Damari oktyabrın 7-də HAMAS terrorçuları tərəfindən vurulan zaman iki barmağını itirib”, - məlumatda deyilir.