İsrail və HƏMAS arasında atəşkəs rəsmi olaraq qüvvəyə minib
Zərbədən sonra HƏMAS azad etməyi planlaşdırdığı girovların siyahısını dərc edib FOTO
14:30
İsrail təsdiq edir ki, HƏMAS atəşkəs razılaşmasının birinci mərhələsi çərçivəsində azad edilməli olan üç girovun adlarını təhvil verib.
Azadlığa yerli vaxtla saat 16:00-dan (Bakı vaxtıyla 18:00) sonra başlanacaq və girovlar İsrailə gəldikdən sonra 90 fələstinli məhbus həbsxanadan azad ediləcək. Adların ötürülməsində 2 saatdan çox gecikmə oldu, lakin indi siyahının alınması ilə atəşkəs rəsmi olaraq qüvvəyə minib.
***
12:25
HƏMAS-ın hərbi qanadının sözçüsü bildirib ki, HƏMAS yanvarın 19-da azad etməyi planlaşdırdığı girovların siyahısını dərc edib.
Netanyahunun ofisinin müşaviri TASS-a bildirib ki, girovların siyahısı “bir neçə dəqiqə əvvəl” alınıb.
***
Atəşkəsin qüvvəyə minməli olduğu vaxtdan bəri İsrailin Qəzza zolağına endirdiyi zərbələr nəticəsində 10 nəfər ölüb, 25 nəfər yaralanıb.
Bu barədə anklavın mülki müdafiəsi məlumat yayıb.
Israilin baş nazir Binyamin Netanyahunun göstərişinə əsasən, HƏMAS öz öhdəliklərini yerinə yetirməyinə qədər atəşkəs qüvvəyə minməyəcək: "HƏMAS razılaşmadan irəli gələn öhdəlikləri yerinə yetirənə qədər İsrail Ordusu Qəzza zolağına zərbələr endirməyə davam edəcək”