BMT Təhlükəsizlik Şurası Trampın Qəzza planını dəstəklədi
5 üzvdən 13-ü lehinə səs verib, Rusiya və Çin bitərəf qalıb
BMT Təhlükəsizlik Şurası Trampın Qəzza planını dəstəkləyən ABŞ qətnamə layihəsini qəbul edib.
BMT Təhlükəsizlik Şurası ABŞ Prezidentinin Qəzza zolağı üçün sülh planını dəstəkləyən ABŞ qətnamə layihəsini qəbul edib. 15 üzvdən 13-ü lehinə səs verib, Rusiya və Çin bitərəf qalıb.
Tramp BMT Təhlükəsizlik Şurasının üzv dövlətlərinə Qəzza zolağı üçün sülh planını dəstəkləyən ABŞ qətnamə layihəsini qəbul etdiklərinə görə təşəkkürünü bildirib. O, həmçinin Qəzza Sülh Şurasına "ən vacib ölkələrin" nümayəndələrinin daxil olacağını vurğulayıb. O, əlavə edib ki, bu qurumun tərkibi daha sonra açıqlanacaq. Britaniyanın keçmiş Baş naziri Toni Bleyrin şurada xidmət etməsi gözlənilir.
"Həmas" öz növbəsində qətnaməni "Fələstin xalqının maraqlarına xidmət etmədiyi üçün" rədd edib.
ABŞ qətnamə layihəsində "beynəlxalq sabitləşdirmə qüvvəsini" dəstəkləyən və ""Həmas" olmadan Qəzza zolağında fələstinlilər üçün sabit, təhlükəsiz, dinc və firavan gələcəyi" təmin edən müddəalar yer alır.
1 dəqiqə