XƏBƏRLƏR / Münaqişə

ABŞ Yaxın Şərqə 3-cü aviadaşıyıcı qrupu göndərir

Bu barədə İsrail mətbuatı xəbər verir

ABŞ Yaxın Şərqə 3-cü aviadaşıyıcı qrupu göndərir
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • ABŞ Yaxın Şərqə üçüncü aviadaşıyıcı zərbə qrupunu göndərir - The Jerusalem Post

    Bu xəbər ABŞ-ın müdafiə naziri Pit Heqsetin İsrailin Ovda aviabazasında Binyamin Netanyahu ilə gizli görüş keçirməsindən bir gün sonra üzə çıxıb.

    "USS Theodore Roosevelt" aviadaşıyıcı gəmisinin zərbə qrupunun və Dəniz Piyadalarının 13-cü ekspedisiya briqadasının noyabrın sonuna qədər bölgəyə çatacağı gözlənilir.

    Bu qüvvələrin göndərilməsi ABŞ-nin Yaxın Şərqdəki hərbi mövcudluğunu təxminən 10 000 hərbi qulluqçu – dənizçi və dəniz piyadası qədər artıracaq.

    "USS Theodore Roosevelt" bölgədə hazırda mövcud olan "USS George H.W. Bush" və "USS George Washington" aviadaşıyıcı gəmilərinə qoşulacaq.