Putin:Rusiya Ukrayna ilə bağlı üçtərəfli danışıqlara razıdır
Bu barədə Rusiya Prezidenti jurnalist Pavel Zarubinlə müsahibəsində bildirib VİDEO
Putin jurnalist Pavel Zarubinlə müsahibəsində bildirib ki, Rusiya Ukrayna ilə bağlı üçtərəfli (ABŞ-Rusiya-Ukrayna) danışıqları bərpa etməyə hazırdır.
VİDEO
Əsas məqamlar:
- Üçtərəfli danışıqların məqsədi Rusiya və Ukraynanın gələcək təhlükəsizliyinin təmin edilməsi ilə bağlı razılaşmalara nail olmaq olacaq. Moskva danışıqlar aparmağa və Ukraynadakı çətin vəziyyətə həll yolu axtarmağa hazırdır.
- Kiyevin itirdiyi torpaqlar "onların ərazisi" deyil; onlar tarixən Rusiya torpaqlarıdır. Kiyevin hər hansı ərazi itkisi barədə danışması yersizdir. Donbas və Novorossiya sakinləri Rusiya ilə birləşməyə səs veriblər.
- Ukrayna rəhbərliyi Rusiya ilə qarşıdurmada vətəndaşlarına sərf olunan material kimi yanaşır. Rusiya Ukrayna ilə döyüşmək istəmir; Kiyev istəyir.
- Avropanın Rusiya ilə "müharibə təhlükəsi" barədə açıqlamaları siyasi şizofreniyadır. Avropa xalqları Rusiya ilə döyüşmək istəmir, necə ki, Rusiya Avropa ilə döyüşmək istəmir.
- ABŞ Prezidentinin xüsusi elçisi Uitkoff da Sankt-Peterburqda keçirilən görüşdə Avropa təhlükəsizlik arxitekturasının müzakirəsinin vacibliyini vurğulayıb.
1 dəqiqə