Qüdsdə baş vermiş atışma nəticəsində azı 3 ölü, 8 yaralı
Bu barədə "Al Jazeera" telekanalı xəbər verir

Şərqi Qüdsdə yerləşən Maale Adumim yaşayış məntəqəsinin yaxınlığında baş vermiş atışma nəticəsində azı 3 nəfər ölüb, 8 nəfər yaralanıb.
“Al Jazeera“ telekanalı xəbər verir ki, İsrail polisi 3 silahlının magistral yolda tıxacda qalan avtomobillərə atəş açması barədə məlumat yayıb.
İnsident nəticəsində bir zabitin öldüyünü bildirilir.
İsrail qüvvələri insidenti törədən silahlılardan ikisini öldürüb, üçüncüsü isə həbs edilib.