XƏBƏRLƏR / Münaqişə

Rusiya və Ukrayna arasında növbəti əsir mübadiləsi olub

Bu barədə TASS məlumat yayıb

Rusiya və Ukrayna arasında növbəti əsir mübadiləsi olub
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Rusiya və Ukrayna arasında növbəti əsir mübadiləsi olub.

    Bu barədə TASS məlumat yayıb.

    Bildirilib ki, iyunun 2-də İstanbulda razılaşdırılmış əsir mübadiləsinin ikinci mərhələsi baş tutub.

    Razılaşma çərçivəsində rusiyalı hərbi əsirlərin ikinci qrupu Ukraynadan qaytarılıb. Eyni zamanda, Ukrayna ordusunun bir qrup hərbi əsiri qarşı tərəfə təhvil verilib.

    Qeyd edək ki, iyunun 9-da yaşı 25-dən az olan bir qrup rusiyalı hərbçi geri qaytarılıb.

    "İyunun 10-da, iyunun 2-də İstanbulda əldə edilmiş Rusiya-Ukrayna razılaşmalarına uyğun olaraq, Rusiya hərbçilərinin ikinci qrupu Kiyev rejiminin nəzarətində olan ərazidən geri qaytarılıb. Bunun müqabilində Ukrayna Silahlı Qüvvələrinin bir qrup hərbi əsiri təhvil verilib", - TASS bildirib.