Tramp Rusiya-ABŞ Ər-Riyad danışıqları haqda açıqlama verdi
Bu barədə "Reuters" məlumat yayıb FOTO

ABŞ Prezidenti Donald Tramp Ər-Riyadda Rusiya ilə ABŞ arasında aparılan danışıqlarda ərazi məsələsinin müzakirə edildiyini və Rusiya-Ukrayna müharibəsi zonasında mümkün demarkasiya xətlərinin müzakirə olunduğunu bəyan edib. Amerika lideri bunu bazar ertəsi Nazirlər Kabineti ilə görüşündən sonra jurnalistlərlə söhbətində deyib.
"Hazırda ərazi məsələsi müzakirə olunur", - Reuters Amerika liderinin sözlərindən sitat gətirir.
Trampın sözlərinə görə, Ər-Riyaddakı danışıqlarda tərəflər ABŞ-ın Ukraynadakı atom elektrik stansiyası üzərində mümkün nəzarətini də müzakirə edirlər.
Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov TASS-a bildirib ki, Rusiya və ABŞ ekspert qrupları Ər-Riyaddakı məsləhətləşmələrdən sonra heç bir sənəd imzalamağı planlaşdırmır.
Federasiya Şurasının Beynəlxalq Əlaqələr Komitəsinin rəhbəri Qriqori Karasin “İnterfaks”a bildirib ki, Ər-Riyadda 10 saatdan çox davam edən Rusiya-Amerika ekspert məsləhətləşmələri başa çatmaq üzrədir.