Rubio İranın təklifini verən şəxsin səlahiyyətinə şübhə edir
Atəşkəs təklifinin şərtlərini ABŞ-a Pakistan vasitəsilə İranın xarici işlər naziri Abbas Əraqçi vermişdi
ABŞ Dövlət katibi Marko Rubio "Fox News"a verdiyi açıqlamada İranın müharibəyə son qoymaq təklifinin "gözlədiyimizdən daha yaxşı" olduğunu bildirib.
Lakin, o, Ağ Evin "təklif təqdim edən şəxsin bunu etmək səlahiyyətinin olub-olmadığı ilə bağlı suallar doğurduğunu" deyib.
Xatırladaq ki, atəşkəs təklifinin şərtlərini ABŞ-a Pakistan vasitəsilə İranın xarici işlər naziri Abbas Əraqçi vermişdi.
1 dəqiqədən az