XƏBƏRLƏR / Münaqişə

SEPAH Hörmüz boğazında 11 tankerə atəş açıb

Bu barədə SEPAH Hərbi Dəniz Qüvvələrinin nümayəndəsi Məhəmməd Əkbərzadə bildirib FOTO

SEPAH Hörmüz boğazında 11 tankerə atəş açıb
  • Oxuma müddəti:

    1 dəqiqə

  • 11:06

    Indiyədək SEPAH Hormuz boğazında on bir tankerə hücum edilib

    Planetin əsas neft marşrutundakı vəziyyət açıq münaqişə mərhələsinə qədəm qoyub. Medianın məlumatına görə, blokada elan edildikdən bəri:

    ▪️İran blokadanı pozan gəmilərə qarşı raket və dronlardan istifadə edib. Ən azı 11 tankerin zədələndiyi bildirilib.
    ▪️Palau və Hondurasa bayraqlı tankerlər də daxil olmaqla bir neçə gəmi ciddi ziyan görüb; gəmidə yanğınlar baş verib.
    ▪️200-dən çox gəmi boğaza girməyi gözləyir. ABŞ müşayiət əməliyyatına başlayıb və ABŞ mənbələrinə görə, boğaza mina qoymağa çalışan 17 İran qayığını və bir sualtı qayığını məhv edib.

    ***

    10:00

    İranın İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) Hərbi Dəniz Qüvvələri Hörmüz boğazına tam nəzarət etdiyini açıqlayıb.

    Fars agentliyi xəbər verir ki, bu barədə SEPAH Hərbi Dəniz Qüvvələrinin nümayəndəsi Məhəmməd Əkbərzadə bildirib.



    Onun sözlərinə görə, İran tərəfi daha öncə boğazdan keçidin təhlükəli olduğu barədə xəbərdarlıq edib.

    Buna baxmayaraq, keçməyə cəhd edən 10 neft tankeri raketlər və pilotsuz uçuş aparatları ilə vurulub.

    SEPAH nümayəndəsi hazırda Hörmüz boğazının İran qüvvələrinin tam nəzarəti altında olduğunu vurğulayıb.