Ermənilər yenə Laçın yolunda yürüşə çıxdılar VİDEO
"Putin, sözünü tut, sənə inandıq”
Bu gün bir dəstə Qarabağ ermənisi Xankəndidə Laçın yolu boyunca yürüşə çıxıb. Ermənistan KİV-i xəbər verir ki, yürüş iştirakçılarına özünü “Vaqva Artsax” partiyasının lideri adlandıran Tiqran Petrosyan rəhbərlik edir. Dəstə Rusiya sülhməramlı qüvvələrinə doğru gedir. Onlar əllərində “Putin, sözünü tut, sənə inandıq” yazılmış plakat tutublar.
Xatırladaq ki, belə aksiyalar ötən günlərdə də keçirlib, ancaq bir nəticə hasil olmayıb. Rusiya sülhməramlı qüvvələri separatçıların öyrətdiyi erməniləri geri qaytarıblar.