Azərbaycan Vardanyanı beynəlxalq axtarışa verə bilər
Bunu Xarici İşlər Nazirliyində ilin yekunların dair keçirilən mətbuat konfransında nazir Ceyhun Bayramov bildirib
“Hesab edirik ki, bu şəxsin (Ruben Vardanyan-red.) Azərbaycan gəlişindən, onun orada “Baş nazir” təyin edilməsindən sonra sərvətlərimizin talan edilməsi istiqamətində işlərin sürətləndiyini görürük”. Bunu Xarici İşlər Nazirliyində ilin yekunların dair keçirilən mətbuat konfransında nazir Ceyhun Bayramov bildirib.
Nazir Azərbaycan tərəfinin Ruben Vardanyanı dair cinayət işinin başladılması, onun beynəlxalq axtarışa verilməsini istisna etməyib:
“Bizim mövqeyimiz ondan ibarətdir ki, həmin şəxs istər Azərbaycan qanunvericiliyi, istərsə də beynəlxalq humanitar hüquq və konvensiyalara uyğun olaraq Azərbaycanın Qarabağ bölgəsində həmin adamın olması, qalması, yaşaması, Azərbaycanın istənilən dövlət qurumu üçün tərəf müqabili olması şansı yoxdur. Çünki bu adamın bu bölgə ilə heç bir bağlılığı yoxdur, onun valideynləri orada doğulmayıb. Belə olan təqdirdə o cinayət törətməsə belə, o qanunsuz məskunlaşma anlamına düşür. Həmin adam bölgəni nə qədər tez tərk edərsə, bu onun özü üçün bir o qədər yaxşı olar”.