Trampın İranı uzunmüddətli blokadada saxlamaq fikri var
Bu barədə "The Wall Street Journal" qəzeti yazır
Tramp İranın uzunmüddətli blokadası üçün planın hazırlanmasını əmr edib.
Son günlərdə Amerika lideri Tehrana iqtisadi təzyiqin daha da artırılması ideyasını dəstəkləyib.
Buraya neft tankerləri də daxil olmaqla, İran gəmilərinin ölkə limanlarından çıxışını məhdudlaşdıra biləcək tədbirlər daxildir, ABŞ administrasiyası daxilindəki müzakirələrlə tanış mənbələr qəzetə bildiriblər.
"The Wall Street Journal" qəzetinin mənbələri iddia edir ki, Vaşinqton blokadanı İrana zərbələrin bərpası və ya ABŞ-ın münaqişədən tamamilə çıxması ilə müqayisədə daha az riskli seçim kimi görür.
Eyni zamanda, qəzetinin məlumatına görə, ABŞ administrasiyası daxilində gələcək strategiya ilə bağlı vahid mövqe yoxdur.
Qəzetin qeyd etdiyi kimi, Hörmüz boğazı ətrafındakı vəziyyət xüsusi narahatlıq doğurur.
Vaşinqton uzunmüddətli blokadanın və ya davam edən qarşıdurmanın qlobal bazarlara zərbə vura biləcəyindən, inflyasiya təzyiqini artıra biləcəyindən və ara seçkilər öncəsi Respublika Partiyasının vəziyyətini çətinləşdirə biləcəyindən qorxur.
1 dəqiqə