XƏBƏRLƏR / Münaqişə

Tramp İrana qarşı görünməmiş iqtisadi müharibə elan etdi

ABŞ Prezidenti bu barədə "Truth Social" şəbəkəsində yazıb

Tramp İrana qarşı görünməmiş iqtisadi müharibə elan etdi
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • ABŞ Prezidenti Donald Tramp görünməmiş iqtisadi müharibənin başladığını və İranın təcrid olunduğunu elan edib.

    "Heç kim İrana razılığa gəlmək üçün məndən daha çox fürsət verməyib. Təəssüf ki, onlar bundan yararlana bilmədilər", - deyə o, "Truth Social"-da yazıb.

    Amerika lideri həmçinin bildirib ki, boru kəmərlərinin çəkilməsi və alternativ təchizat yollarının inkişafı səbəbindən gələcəkdə Hörmüz boğazı öz əhəmiyyətini itirəcək. O qeyd edib ki, ABŞ artıq Texas, Alyaska və Luizianada enerji istehsalını artırır.

    Tramp qeyd edib ki, müharibəyə baxmayaraq, neftin qiyməti barel üçün 84-85 dollar səviyyəsində qalır. O, bu qiyməti hələ də Hörmüz boğazından keçən böyük həcmli neftlə əlaqələndirib.