XƏBƏRLƏR / Münaqişə

İran Fars körfəzində ABŞ-ın gəmisindən nefti “müsadirə edib”

Bu barədə İranın İSNA agentliyi xəbər verir

İran Fars körfəzində ABŞ-ın gəmisindən nefti “müsadirə edib”
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • İran dövlət mediası bildirib ki, İran Fars körfəzində Amerikanın ADVANTAGE SWEET gəmisindən nefti “müsadirə edib”.

    Bu “müsadirə” epidermolizis bulloza xəstəliyindən əziyyət çəkən iranlı xəstələrin ABŞ-a qarşı şikayətindən sonra məhkəmə tərəfindən qərara alınıb.

    Məhkəmə qərarından sonra İran tərəfi ADVANTAGE SWEET tankerini saxlayıb və yükü müsadirə edib.