XƏBƏRLƏR / Münaqişə

Rusiya Kiyev vilayətinə dron hücumu edib: 4 ölü

Məlumatı Prezident Zelenski və yerli rəsmilər veriblər

Rusiya Kiyev vilayətinə dron hücumu edib: 4 ölü
  • Oxuma müddəti:

    1 dəqiqə

  • Prezident Vladimir Zelenski və yerli rəsmilərin verdiyi məlumata görə, bazar günü Rusiyanın Ukraynanın Kiyev vilayətinə endirdiyi pilotsuz uçuş aparatı (PUA) hücumları nəticəsində azı dörd nəfər həlak olub.

    Kiyev yaxınlığındakı kiçik Dımer qəsəbəsində bazar günü səhər saatlarında Rusiya PUA-sının zərbə endirdiyi yaşayış binasının dağıntıları altından üç nəfərin cəsədi çıxarılıb; təxminən 10 nəfərin isə hələ də dağıntılar altında qaldığı ehtimal olunur.

    Zelenski "X" sosial şəbəkəsində yazıb: "Rusiya PUA-sının hücumu nəticəsində beşmərtəbəli yaşayış binasının bir hissəsi uçub. Operativ hərəkət etdikləri üçün xilasedicilərə təşəkkür edirəm: doqquz nəfər artıq təxliyə edilib, yanğının qarşısı alınıb".

    Yerli rəsmilərin bildirdiyinə görə, biri yeniyetmə olmaqla dörd nəfər xəsarət alıb.

    Bazar günü günün ikinci yarısında isə Kiyevin cənub-qərbində yerləşən Vişneve şəhərində Rusiya PUA-sının ərzaq mağazasına zərbə endirməsi nəticəsində bir nəfər həlak olub. Yerli qubernator "Telegram" kanalında üç nəfərin də xəsarət aldığını bildirib.