XƏBƏRLƏR / Münaqişə

"Ərdoğanın Suriyanı gücləndirməsinə icazə verməyəcəyik"

Bu bəyanatla İsrailin müdafiə naziri İsrael Katz çıxış edib

"Ərdoğanın Suriyanı gücləndirməsinə icazə verməyəcəyik"
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • İsrailin müdafiə naziri İsrael Katz bildirib ki, "Ərdoğanın Suriyanı bizə qarşı gücləndirməsinə icazə verməyəcəyik. Maraqlarımızı necə müdafiə edəcəyimizi bilirik".

    O, Türkiyə liderinə "özünü İranla eyni vəziyyətə salmamağı" məsləhət görüb.

    Eyni zamanda, Katz vurğulayıb ki, Tel-Əviv və Ankara arasında birbaşa hərbi qarşıdurma yoxdur və İDF belə bir ssenari axtarmır.

    Qeyd edək ki, ABŞ Prezidenti Donald Tramp bir neçə gün əvvəl İsraildən Suriyadan, Livandan və Qəzzadan qoşunlarını çıxarmağı tələb etmişdi.