XƏBƏRLƏR / Münaqişə

Trampın barışdırdığı Tailandla Kamboca yenə bir-birini qırır

Bu barədə Tailand mediası xəbər verir

Trampın barışdırdığı Tailandla Kamboca yenə bir-birini qırır
  • Oxuma müddəti:

    1 dəqiqə

  • Tailand və Kamboca yenidən müharibə vəziyyətindədirlər.

    Tailand və Kamboca bir-birinin ərazisinə atəş açıblar. Toqquşmalar nəticəsində bir Tayland əsgəri həlak olub, iki əsgər yaralanıb.

    Medianın verilən məlumata görə, Tailand ordusunun sözçüsü general-mayor Vinthai Suvari bazar ertəsi saat 5:05 radələrində (Bakı vaxtı ilə saat 2:05) Kamboca qoşunlarının Tayiand ərazisinə atəş açdığını və "Tayland tərəfinin döyüş qaydalarına uyğun olaraq cavab verdiyini" bildirib.

    Suvarinin sözlərinə görə, saat 7:00 radələrində (Bakı vaxtı ilə saat 4:00) kambocalılar Anupong hərbi bazası da daxil olmaqla digər sərhəd ərazilərinə atəş açıblar. Nəticədə bir Tailand əsgəri həlak olub, iki əsgər yaralanıb.

    General-mayor bildirib ki, Tailand tərəfi Kambocanın bir neçə ərazisindəki hərbi hədəflərə qarşı artilleriyadan istifadə edən Kamboca atəş dəstək qüvvələrinin mövqelərini yatırmaq üçün hava hücumlarından istifadə etməyə başlayıb.

    Suvari qeyd edib ki, ötən bazar günü Kamboca qoşunları Taylandın bir neçə sərhəd ərazisinə də hücum ediblər. Bundan sonra ordu komandanlığı dörd sərhəd əyalətinin sakinlərinə təxliyə əmri verib.

    "Reuters" agentliyi Tailand hərbi rəsmilərinə istinadən bildirir ki, dörd sərhəd rayonundan 385 mindən çox mülki şəxs təxliyə olunur, onlardan 35 mindən çoxu artıq müvəqqəti sığınacaqlarda yerləşdirilib.