XƏBƏRLƏR / Münaqişə

Fransada Natəvanın heykəlinə qarşı vandalizm

Heykəl Evian şəhərindən götürülüb, Parisə çatdırılıb

Fransada Natəvanın heykəlinə qarşı vandalizm
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Azərbaycan şairəsi Xurşidbanu Natəvanın (1832-1897, Şuşa) Fransanın Evian-lö Bən şəhərindəki heykəli Parisə gətirilib.

    Heykəl martın 4-də Evian şəhərindən götürülüb, bu gün Azərbaycan Səfirliyinin nəzdindəki Mədəniyyət Mərkəzinə çatdırılıb.

    Heykəlin Mədəniyyət Mərkəzinin bağında ucaldılması ilə bağlı işlər davam etdirilir.

    Heykəli götürərkən üzərindəki örtük açılıb. Müəyyən olunub ki, abidənin üzərinə qırmızı boya atılmaqla yanaşı - heykəlin gözləri, adının və Azərbaycan yazısının yazıldığı hissələrə qırmızı boya çəkilib - onun özünə də zərər verilib. Belə ki, heykəlin burnuna və barmaqlarına zərər yetirilib.