XƏBƏRLƏR / Münaqişə

HƏMAS-ın mətbuat katibi İsrail zərbəsindən sonra öldürülüb

Bu barədə Qətərin “Al Jazeera” televiziya kanalı məlumat yayıb

HƏMAS-ın mətbuat katibi İsrail zərbəsindən sonra öldürülüb
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Fələstinin HƏMAS hərəkatının mətbuat katibi Əbdül Lətif əl-Qanua İsrail zərbəsi nəticəsində Qəzza zolağının şimalında ölüb.

    Bu barədə Qətərin “Al Jazeera” televiziya kanalı məlumat yayıb.

    Bildirilib ki, əl-Qanua Cəbaliya şəhərindəki çadır düşərgəsinə zərbə zamanı ölümcül yaralar alıb.

    Xatırladaq ki, martın 18-də İsrail ordusu Qəzza zolağında döyüş əməliyyatlarını bərpa edərək, anklavı kütləvi zərbələrə məruz qoyub və bununla da yanvarda müəyyən edilmiş atəşkəs rejimini pozub. İsrail Baş naziri Benyamin Netanyahunun ofisi bunu HƏMAS-ın vasitəçilər və ABŞ Prezidentinin xüsusi elçisi Stiven Uitkoffun danışıqlarda irəli sürdüyü təklifləri rədd etməsi ilə izah edib və əməliyyatın məqsədinin bütün girovların azad edilməsi olduğunu açıqlayıb.